Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

05 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi, siyasi elmlər doktoru dosent Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində” kitabı çapdan çıxıb.

04 Dekabr 2025

Misir Milli Kitabxanası və Arxivləri” mərkəzinin əlyazmalar bölməsində aşkar etdiyimiz Azərbaycan alimlərinə aid digər bir əsər Mahmud əl-Qarabağinin “Mühazirələr” kitabıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri dosent Elnur Mustafayev söyləyib. O bildirib ki, Mahmud ibn Məhəmməd Qarabağinin doğum tarixi dəqiq məlum olmasa da, vəfatı Miladi təqvimlə 1536-cı ilə təsadüf edir. O, Qarabağda doğulub, ilk təhsilini orada aldıqdan sonra biliklərini artırmaq məqsədilə dövrünün bir sıra elm mərkəzlərinə gedib, daha sonra İznik şəhərində mədrəsədə müəllim kimi fəaliyyət göstərib və elə həmin şəhərdə vəfat edib. Tarix, tərcümə və təzkirə kitablarında onun geniş biliklərə sahib olduğu, fəlsəfə, məntiq, hüquq və digər elm sahələrində orijinal əsərlər yazdığı, Osmanlı sarayında böyük nüfuza sahib olduğu qeyd edilir.

03 Dekabr 2025

Bu ilin noyabr ayında Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, dosent Elnur Mustafayev Azərbaycan elmi irsini araşdırmaq və yeni tədqiqatlar aparmaq məqsədilə Misir Ərəb Respublikasına səfər edib.

03 Dekabr 2025

Dil, sadəcə, strukturlaşmış ünsiyyət sistemi deyil. Bu mürəkkəb sistemə yalnız fikirlərin və hisslərin ifadə vasitəsi kimi baxılmamalıdır. Dil həm də hər bir insanın milli mənsubiyyətini müəyyənləşdirən, xalqın dünyagörüşünü möhkəmlədən vasitədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyevanın “Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Download Template Joomla 3.0 free theme.