Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İyulun 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Türkiyənin İstanbul Universitetinin professorları Osman Fikri Sertkaya və Ayşe Gül Sertkaya ilə görüş keçirilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi Forumu çərçivəsində AMEA-nın Rəyasət Heyətində keçirilən "Rəqəmsal Türkologiya" panelində "Rəqəmsal transformasiya dövründə şərqşünaslıq: ənənəvi tədqiqat modellərindən rəqəmsal humanitar tədqiqatlara keçid" adlı məruzə ilə çıxış edib.
Şərqşünas alim “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltif edilib
İyunun 30-da “Türk Dünyası Həftəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, institutun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevə doğum günü münasibətilə təbrik məktubu göndərib. Komitə sədri Elnur Mustafayevin Şərqşünaslıq İnstitutunda fəaliyyətini yüksək qiymətləndirib.
