Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

14 Yanvar 2025

Yenicə qədəm qoyduğumuz 2025-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiyasının 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbənin 5 illiyidir. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub.

10 Yanvar 2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün böyük fürsət və imkanlar kimi də dəyərləndirmək mümkündür. Başqa sözlə desək, Sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edir.

02 Yanvar 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən elmi fəaliyyəti ilə “Türk elm dünyasına” verdiyi töhfələrə görə “Ziya Göyalp” mükafatı ilə təltif olunub.

2024-cü ildə Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş “Ziya Göyalp” mükafatı təhsil və sosial elmlər sahəsində fəaliyyət göstərən, yaradan və elmə töhfə verən alimlərin fəaliyyətlərini qiymətləndirmək məqsədi ilə verilir.

07 Yanvar 2025

Azərbayanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı işıq üzü görüb.

Jurnalın yeni sayı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.

Download Template Joomla 3.0 free theme.