Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

28 Mart 2025

Elmin hədəfi təbiətdə və sosial mühitdə mövcud olan qanunauyğunluqların aşkarlanması və yeni mənaların kəşfidir. Odur ki, elmi fəaliyyət şərəfli, eyni zamanda məsuliyyətli və çətin işdir. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmət, elmə verdikləri töhfə danılmazdır. Onların elmi fəaliyyəti və əldə olunan nailiyyətləri Azərbaycan elmi üçün xüsusi qürur mənbəyidir.    

27 Mart 2025

Azərbaycan şərqşünaslığının tarixi orta əsrlərə gedib çıxır. Bəhmənyar, Xətib Təbrizi, Şəhabəddin Sührəvərdi, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, Məhəmməd ibn Hinduşah Naxçıvani, Seyid Yəhya Bakuvi, Həsən bəy Rumlu, Hacı Zeynalabdin Şirvani və digər mütəfəkkirlərimiz Şərq mədəniyyətini dərindən öyrənmiş, Şərq dillərində əsərlər yazıb-yaratmışlar. Eləcə də XIX əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy və Mirzə Cəfər Topçubaşov şərqşünaslıq elmimiz üçün qiymətli əsərlər qoyub getmişlər. Bu sahənin sistemli inkişafı isə sovet dövründə, 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının, 1954-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu nəzdində Xarici Şərq ölkələri tarixi şöbəsinin yaradılması ilə başlayıb. Bütün bunlar 1958-ci ildə yaradılmış Şərqşünaslıq İnstitutu üçün baza rolunu oynayıb. AMEA-nın 80 illik yubileyi çərçivəsində akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva AZƏRTAC-a müsahibəsində bu elmin ənənələrinə, müasir dövrdə inkişaf istiqamətlərinə nəzər salıb.

17 Mart 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova martın 16-18-də Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Ankara Multidisiplinar Elmlər Konfransında onlayn şəkildə iştirak edib.

Download Template Joomla 3.0 free theme.