Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

01 Mart 2025

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan Yurd Bilgisi (1932, 1933, 1934-cü illər)” adlı kitab çap olunub. Kitaba 1932-ci ildən azərbaycanlı mühacirlərin İstanbulda nəşr etdirdikləri, eyni zamanda türkologiya sahəsində öz töhfəsini verən geniş həcmli bir jurnal olan “Azərbaycan Yurd Bilgisi”nin materialları tərcümə edilərək kitaba daxil edilib.

26 Fevral 2025

Fevralın 26-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

26 Fevral 2025

Global Research-ün təşəbbüsü ilə 23 fevral 2025-ci ildə "XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti" mövzusunda vebinar təşkil edilib. Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr aparıblar.

 Bu vebinar Global Research təşəbbüsünün bir hissəsidir. Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün fasiləsiz asinxron dəstək xidmətlərini əhatə edir. Layihənin ilk konfransı Sinqapurda (SMU) keçirilib, ikinci konfrans 13 aprel 2025-ci ildə Qahirədə keçiriləcək, final konfransı isə Şuşada baş tutacaq.

26 Fevral 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının (EIDA) həmtəşkilatçılığı ilə İraqın Tel-Afər və Kərbəla şəhərlərində Azərbaycan və İraq türkmanlarının ortaq mədəniyyət və dövlətçilik tarixinə, Azərbaycan dövlətçilik tarixində İraq türkmanlarının roluna həsr olunmuş konfransda iştirak edib. Şərqşünas alim konfransda "Azərbaycan və İraq türkmanları arasnda tarixi-siyasi və ictimai-mədəni əlaqələr" mövzusunda məruzə ilə çıxış edib.

Download Template Joomla 3.0 free theme.