Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

09 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova və elmi işçisi Fidan Nəsirova Yaxın Şərq Universiteti, Rumi Araşdırmalar Mərkəzi, Xəzər Universiteti, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində keçirilən X Beynəlxalq Rumi Konfransında iştirak ediblər.

08 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) medalı ilə təltif edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, medal şərqşünas-alimə onun “Türk xalqları ədəbiyyatı” kitabının TÜRKSOY Baş Katibliyində keçirilən təqdimat tədbirində təqdim edilib.

Professor Elman Quliyevin bu irihəcmli kitabı türkdilli xalqların ədəbi mirasını tarix boyu formalaşan vahid bir sistem kimi nəzərdən keçirən qabaqcıl bir araşdırmadır.

05 Dekabr 2025

İskəndəriyyə kitabxanası kitab ehtiyatına görə dünyanın ən zəngin kitabxanalarından biridir. Kitabxana bir çox bölmələrdən ibarətdir və bunların arasında əlyazmalar bölməsi nadir və qədim əlyazmaların qorunması baxımından diqqətli cəlb edir. Bu bölmədə on mindən çox əlyazma əsər mühafizə edilir.

Kitabxananın əlyazmalar bölməsi ilə tanış olarkən sərgi salonunda görkəmli Azərbaycan alimi Nəsirəddin Tusinin (1201-1274) iki əsərinə rast gəldim. Bu kitablardan biri haqqında mühüm hesab etdiyim zəruri məlumatları paylaşmaq istəyirəm.

05 Dekabr 2025

Dekabrın 5-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi yazılıb. Akademik G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb. O, Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb. İnstitut rəhbəri çıxışında Ulu Öndərin müstəqillik illərində hakimiyyətə qayıtdıqdan sonra 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini qeyd edib. Həmin görüşdə iştirak etmiş Gövhər Baxşəliyeva Heydər Əliyevin söylədiyi bu sözləri xatırladıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

Download Template Joomla 3.0 free theme.