Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən
biri kimi tarixə düşmüş, o cümlədən türk xalqlarının mədəni inteqrasiyasında yeni
mərhələnin təməlini qoymuş I Türkoloji Qurultay 1926-cı ilin 26 fevral – 6 mart
tarixlərində Bakı şəhərində keçirilmişdir.
Dekabrın 17-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik G.B.Baxşəliyevanın sədrliyi və Təhsil şöbəsinin müdiri f.e.d., dosent L.M.Bayramovanın təşkilatçılığı və komissiya üzvlərinin iştirakı ilə “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)”, “ Türk xalqları ədəbiyyatı” ixtisasları üzrə minimum imtahanlar keçirilib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Страны Центральной Азии: история, общество и культура” (Mərkəzi Asiya ölkələri: tarix, cəmiyyət və mədəniyyət) adlı məqalələr toplusu işıq üzü görüb.
Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsində hazırlanan toplunun elmi redaktoru və layihənin rəhbəri şöbənin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədovadır.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Vətəndən Vətənə məktublar” adlı kitab çap olunub. Kitabın tərtibçisi, müqəddimənin və transliterasiyaların müəllifi institutun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevadır. Elmi məsləhətçi akademik Gövhər Baxşəliyevadır.
