Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri, doktor, dosent Alparslan Kartal dekabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. A.Kartal AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
Dekabrın 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Roida Rzayevanın “Siyasətin fəlsəfəsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” adlı yeni monoqrafiyasının təqdimatı keçirilib.
“Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya” monoqrafiyası şәbәkә sosiallığı vә rәqәmsallaşma şәraitindә siyasәtin, ideologiyanın vә medianın fәnlәrarası tәhlilinә hәsr olunub.
Kitab praktiki vә nәzәri hissәlәrdәn ibarәtdir, hәr birindә fәsillәr hәm müstәqil araşdırmanı, hәm dә vahid süjet xәttinin hissәlәrini tәşkil edir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə və həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı tədbirdə iştirak ediblər.
