Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AKADEMİK ZİYA BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN QURULMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ
“MÜSƏLMAN ŞƏRQİNİN ÇOXƏSRLİK TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ- TÜRKİYƏ CÜMHURİYYƏTİ”
MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS
E L A N
29 oktyabr 2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu əlamətdar yubiley yalnız Türkiyə üçün deyil, bütün Türk və İslam dünyası üçün qürur mənbəyi olan tarixi hadisədir. Türkiyə Cümhuriyyəti demokratik, dünyəvi, sosial və hüquqi, milli həmrəylik və ədalət anlayışı baxımından insan hüquqlarına hörmətlə yanaşan, Atatürk milliyyətçiliyinə sadiq olan bir dövlətdir.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibəti mövcud olub. Qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan – Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmışdır.
Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu 20-21 sentyabr 2023-cü il tarixində “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” adlı Beynəlxalq elmi konfrans keçirəcəkdir.
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu konfransda iştirak üçün tezis qəbulunu elan edir. Konfransa Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiyə - Azərbaycan əlaqələri və Türkiyə - türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən tezislər təqdim oluna bilər. Tezislər Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.
Məruzə tezislərinin mətni 300-350 sözdən ibarət olmaqla, Microsoft Word redaktorunda “Times New Roman” şrifti ilə -14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır. Tezislər konfransın aşağıdakı elektron ünvanında qəbul olunur: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Tezislərin qəbulunun son tarixi: 1 sentyabr 2023-cü il
Qəbul olunan tezislərin elanı: 7 sentyabr 2023-cü il
Qeyd: Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq
Əlaqə telefonu: +994 50 700 01 89