Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya ürə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu dekabrın 21-də Almaniyanın Duisburq şəhərində Avropada yaşayan Türkiyə əslli şair və yazıçıların iştirakı ilə keçirilən "KU-Lİ Ədəbiyyat Buluşması" adlı beynəlxalq əhəmiyyətli görüşdə iştirak edib. Görüşdə mühacir ədəbiyyatının dünəni, bu gününü və gələcək problemləri müzakirə edilib.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu Almaniyanın Köln şəhərindəki Yunus Əmrə İnstitutunda keçirilən "Türk dilinin tədrisi və türk mədəniyyətinin mədəniyyətlərarası ünsiyyətdə yeri" mövzusunda beynəlxalq simpoziumda iştirak edib.
Dekabrın 18-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzində “Misir Mədəniyyət Günləri - Nobel mükafatı almış Misir yazıçısı Nəcib Məhfuzun doğum günü” adlı tədbir keçirilib.
Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın və Misir Mədəniyyət və təhsil əlaqələri mərkəzinin müdiri professor, doktor Tarek Mohammadın da iştirak etdiyi tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları da çıxış ediblər.
Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, gənc alimləri, doktorantları və aidiyyəti şəxslər iştirak ediblər.
