Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı ümumrayon tədbiri keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
11 iyun 2025-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01 – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. Qeyd edib ki, Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev ölkəmizi ağır sınaqlardan məharətlə çıxarıb, təhsilin, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi istiqamətində böyük işlər görüb.
Mayın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Çoxəsrlik tariximizin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
