Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
30–31 oktyabr 2026-cı il tarixlərində AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 885 illik yubileyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq konfrans və simpozium keçirilib.
Beynəlxalq elmi tədbirdə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, dosent Aygün Əlizadə, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Xanımzər Kərimova və Sevinc Nuriyeva, eləcə də pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə iştirak ediblər.
Quba Soyqırımı Memorial Kompleksi tərəfindən ümumtəhsil müəssisələrində keçirilən tədbirlər sırasında paytaxtın Yasamal rayon 20 nömrəli məktəb-liseyində 8 Noyabr – Zəfər Günü və “Mədəni irs: dünən və bu gün” layihəsi çərçivəsində tədbir baş tutub.
Noyabrın 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk Dövlətləri Təşkilatının iqtisadi potensialı” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva son illər ərzində Türk Dövlətləri Təşkilatının (TDT) qlobal və regional müstəvidə fəaliyyətinin sürətlə artmasını, eləcə də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoymasını bildirib. Qeyd edib ki, bu dinamik proseslərin elmi müstəvidə dərindən təhlil olunması və iqtisadi potensialımızın reallaşdırılması istiqamətində müzakirələrin aparılması bu gün xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın son 35 ildə keçdiyi inkişaf yolu, torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin beynəlxalq nüfuzunun artması və müasir Azərbaycanın qurulması xalqımızda böyük qürur hissi doğurur.
