Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycanın tarixi və mədəni irsinin Şərq ölkələrində araşdırılması istiqamətində yeni elmi tədqiqatlar həyata keçirilir. Müxtəlif ölkələrin kitabxana və arxivlərində aparılan araşdırmalar nəticəsində Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini əks etdirən nadir əlyazmalar və mühüm tarixi mənbələr aşkar edilərək elmi dövriyyəyə daxil edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub. Alimin 70 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov 6-15 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində yerləşən İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən III Türk Dünyası Yay Forumunda iştirak edib. Şərqşünas alimə Forumun yekununda sertifikat təqdim edilib.
Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Türk dünyası və Şərq ölkələri ilə elmi-humanitar əməkdaşlığın inkişafı istiqamətində ardıcıl layihələr həyata keçirir. İnstitut beynəlxalq elmi əlaqələri gücləndirərək birgə tədqiqatlar, konfranslar, seminarlar və elmi nəşrlər vasitəsilə Azərbaycanla Şərq ölkələri arasında elmi-mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
