Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 Yanvar 2026

Şuşa şəhərinin memarlıq kompleksinə daxil olan əsas tikililərdən biri də bulaq və ovdanlardır. XIX əsrin ikinci yarısından etibarən şəhərin əhalisi artdığı üçün burada suya tələbat çoxalıb və şəhərdə onlarla bulaq inşa olunub. Qeyd etmək lazımdır ki, ilk dövrlərdə əhalinin su ehtiyatı həyətlərdə qazılmış quyular hesabına ödənilirdi. Lakin bir çox hallarda quyulardan çıxan su içməyə yararlı olmadığı üçün əhalinin su ehtiyatlarını ödəmək üçün yeni su xətlərinin çəkilməsinə ehtiyac yaranırdı.

16 Yanvar 2026

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Yaxın Şərq ölkələri ilə dini, mədəni, ictimai, tarixi əlaqələri region ölkələrini tarix boyu daima diqqət mərkəzində saxlamağa sövq edib. Eləcə də, böyük şairimiz Səməd Vurğunun dediyi kimi “Qoca Şərqin qapısı” olan Azərbaycanın da  sadalanan amillərlə yanaşı, Avropa ilə Asiyanı birləşdirən strateji məkanda yerləşməsi, Yaxın Şərq ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrin formalaşmasında ölkəmizin mühüm tranzit və əlaqələndirici mərkəzə çevrilməsi də əsrlər boyu qarşı marağın olmasına səbəb olub. Bu amillər əsasında qarşılıqlı elmi, mədəni əlaqələr də münasibətlərin inkişafına aparan ən mühüm vasitələrdən biri kimi daima diqqət mərkəzində saxlanılıb və bu gün də region ölkələri kimi Azərbaycanın da xarici siyasətində, humanitar əməkdaşlıq strategiyasında və beynəlxalq elmi inteqrasiyasında prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.

16 Yanvar 2026

Şuşa şəhərində erməni vandalizminə məruz qalmış maddi mədəniyyət abidələrindən biri də Çuxurlu məhəllə məscididir. Məscid XVIII əsrin sonlarında inşa edilib, XIX əsrin ikinci yarısında isə yenidən təmir olunub. Çuxurlu məscidi daş kitabəsi olan abidələrdən biridir. Böyük əhəmiyyətə malik bu tarixi abidə işğal dövründə düşmən vəhşiliyi nəticəsində dağıdılıb, yalnız bəzi qalıqları dövrümüzə gəlib çatıb.

16 Yanvar 2026

Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyan milli məsələdir və bu proses yalnız dilçilərin və ya dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Qloballaşma, rəqəmsallaşma və çoxdilli informasiya mühitinin genişlənməsi şəraitində Azərbaycan dili həm xarici təsirlərlə üz-üzə qalır, həm də yeni inkişaf imkanları əldə edir. Bu baxımdan əsas məqsəd dili süni şəkildə mühafizə etmək deyil, onu yaşayan, çevik və funksional ünsiyyət vasitəsi kimi möhkəmləndirməkdən ibarət olmalıdır.

Download Template Joomla 3.0 free theme.