Mehman Həsənli “1980-ci illər türk xalqları romanında janr özünəməxsusluğu: bədii-estetik təkamül” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
İddiaçının elmi məsləhətçi AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli, rəsmi opponentləri Qırğızıstan MEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Abdıldajan Akmataliyev, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova-Kekeç, filologiya elmləri doktoru, dosent Şükufə Qədimovadır.
Qeyd edək ki, dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində yerinə yetirilib.