Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Dekabr 2025

Bu ilin noyabr ayında Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, dosent Elnur Mustafayev Azərbaycan elmi irsini araşdırmaq və yeni tədqiqatlar aparmaq məqsədilə Misir Ərəb Respublikasına səfər edib.

03 Dekabr 2025

Dil, sadəcə, strukturlaşmış ünsiyyət sistemi deyil. Bu mürəkkəb sistemə yalnız fikirlərin və hisslərin ifadə vasitəsi kimi baxılmamalıdır. Dil həm də hər bir insanın milli mənsubiyyətini müəyyənləşdirən, xalqın dünyagörüşünü möhkəmlədən vasitədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyevanın “Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

03 Dekabr 2025

Misir Ərəb Respublikasının  İskəndəriyyə kitabxanasının direktoru professor Əhməd Abdullah Zayed AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna təşəkkür məktubu ünvanlayıb.

Kitabxananın rəhbəri ötən ay Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Misirə elmi səfəri zamanı hədiyyə olunan kitablara görə institut rəhbərliyinə təşəkkür bildirib.

03 Dekabr 2025

AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva İctimai Radioda “Can Azərbaycan” verilişinin qonağı olub. Lalə Əliyeva radioda “Ərəb mənbələrində  Azərbaycan mövzusu” ilə bağlı çıxış edib.

Download Template Joomla 3.0 free theme.