Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumda

24 İyun 2025

İyunun 20-22-də Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirlib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb.

Simpoziumda Şərqşünaslıq İnstitutunun əməkdaşları da iştirak ediblər.

 

Plenar iclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva “Bir millət, iki dövlət” prizmasından Azərbaycan-Türkiyə münasibətləri: dünən, bu gün və sabah” mövzusunda məruzə edib.

Bölmə iclaslarında Şərqşünaslıq İnstitutunun əməkdaşlarından Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri l.e.d., professor Roida Rzayeva Rəqəmsal diplomatiya və mədəniyyətin simvolik kapitalı”, Şərq-Qərb şöbəsinin müdiri ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı Yeni dünya nizamında Azərbaycan-Türkiyə strateji əməkdaşlığı: zərurət və perspektivlər”, Türkiyə tarixi və iqrtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d., dosent Namiq Məmmədov Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu”, Şərq-Qərb şöbəsinin böyük elmi işçisi f.ü.f.d Ceyhun Ağayev Türkiyə-Azərbaycan diaspor əməkdaşlığı: Yeni dövrdə strateji yanaşmalar” mövzusunda məruzələr ediblər.

Simpoziumun bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

 

 

Download Template Joomla 3.0 free theme.