Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi” mövzusunda elmi sessiya keçirilib.
Azərbaycan ədəbiyyatı və irfani düşüncə tarixində fərqli yol və üslubu ilə seçilən Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi Azərbaycanın fəxri olan iki görkəmli mütəfəkkirdir. Nizami dünyəvi məzmunlu ədəbi-fəlsəfi əsərləri, Seyid Yəhya dini, irfani və poetik əsərləri ilə özlərindən sonra çox geniş coğrafiyada məktəb yaratmış, düşüncələri ilə yüzillər boyunca bəşər övladının ədəbi-fəlsəfi zövqü, dünyagörüşünü formalaşdırmışlar. Hər iki mütəfəkkirin ədəbi-fəlsəfi düşüncəsi Azərbaycanda formalaşsa da, Avropadan Uzaq Şərqədək yüzillər boyunca bir örnək olub, ardıcılları vasitəsilə Azərbaycanın adını da dünyada tanıdıblar. Nizaminin Gəncəvi, Seyid Yəhyanın Şirvani və Bakuvi kimi nisbələri özü ilə bərabər bir insanın və ya bir şəhərin deyil, bir ölkənin və xalqının şöhrətini də yayıb.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 19-20 sentyabr 2026-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil edilən VIII Beynəlxalq İstanbul Aktual Elmi Tədqiqatlar Konfransında iştirak edib. Konfransa dünyanın 25 ölkəsindən iştirakçılar qatılıb.
"İlk növbədə, qeyd etmək lazımdır ki, Qafqaz Albaniyası (e.ə. IV əsr – b.e. VIII əsrin əvvəli) Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna yerə malikdir. Bundan əlavə, Qafqaz Albaniyası Azərbaycan xalqının etnogenezinin təşəkkülündə, maddi-mədəni irsinin inkişafında birbaşa iştirak etmişdir". Bu sözləri SİA-ya açıqlamasında AMEA – nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.
