Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov iyulun 2-də Qazaxıstan Fəlsəfə, Siyasi Elmlər və Din Araşdırmaları İnstitutu və Qazaxıstan Ablay Xan adına Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universitetinin təşkil etdiyi “Qloballaşan kommunikasiya çərçivəsində Mərkəzi Asiya: sərhəddən kənar dəyərlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda onlayn iştirak edib.
İyulun 2-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli ərəbşünas, uzun illər institutun Ərəb filologiyası şöbəsinə rəhbərlik etmiş filologiya elmləri doktoru, professor Vilayət Cəfərovun 85 illik yubileyi və alimə həsr olunmuş “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi” adlı kitabın təqdimatı olub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran filologiyası” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayevanın “Munisnamə” təsəvvüfə dair mənbə kimi” adlı kitabı çapdan çıxıb.
İyunun 20-22-də Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirlib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb.
Simpoziumda Şərqşünaslıq İnstitutunun əməkdaşları da iştirak ediblər.
