Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Hilal Ağamoğlanov Türkiyədə Ankara Universiteti, Qars Qafqaz Universiteti və TÜRKSAN-nın birgə təşkilatçılığı ilə baş tutan görkəmli cərrah və türkoloq alim Cavad Heyətin 100 illiyinə həsr olunmuş “Milli kimlik və ideologiya: türkləşmək, müasirləşmək, islamlaşmaq” adlı beynəlxalq elmi konfransda iştirak edib. Konfransa Türkiyə, Azərbaycan, İtaliya, İsveç, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən elm adamları qatılıblar.
Mayın 26-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini, ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinovla görüş və “İslah və təcdid” kitabının təqdimatı keçirilib.
Rusiyalı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Damir Muxetdinovun daha öncə Şərqşünaslıq İnstitutunda ötən il oxuduğu mühazirə xatırlanıb, Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı aparılan tədqiqatlardan söhbət açılıb.
4 iyun 2025-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Mayın 22-də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda vebinar keçirilib. Maarifləndirilmə məqsədilə təşkil olunmuş vebinarda çıxış edən Kompleksin direktoru tarix üsrə fəlsəfə doktoru Rəxşəndə Bayramova belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq, Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərinin tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngin olduğunu bildirib.
