Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Dekabr 2024

Noyabrın 25-i, 27-si və 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi şöbələrinin  Elmi Şurada illik hesabatları təqdim edilib. Elmi Şuranın iclaslarında institutun İran filologiyası, Ərəb filologiyası, Türk filologiyası, Cənubi Azərbaycan, İran tarixi və iqtisadiyyatı, Ərəb ölkələri tarixi və iqtisadiyyatı, Türkiyə tarixi və iqtisadiyyatı, Yazılı abidələrin tədiqiqi və nəşri, Din və ictimai fikir, Şərq-Qərb, Mərkəzi Asiya, Asiya-Sakit okean regionu ölkələri, Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi, Şərq ölkələrinin tarixşünaslığı və Nəşriyyat və elmi informasiya şöbələrinin müdirləri illik hesabatları təqdim ediblər.

01 Dekabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzər fəlsəfə doktoru Gülər Qafqazlı Misir Ərəb Respublikasının Təhsil Nazirliyinin medalı ilə təltif edilib. Şərqşünas alimin 5-ci sinif üçün "Ərəb dili" dərsliyinə görə verilən medalı Misir Ərəb Respublikasının Mədəniyyət mərkəzinin müdiri professor Tariq M.Abulfutuh təqdim edib. 

29 Noyabr 2024

 Noyabrın 28-də AMEA-nın Rəyasət Heyətinin binasında “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi qrupunun iclası keçirilib.

İclas beynəlxalq təcrübədə elmin inkişaf strategiyalarına mövcud yanaşma və tendensiyaların, İşçi qrupuna təqdim olunmuş təkliflərin, o cümlədən İnkişaf Konsepsiyasının strukturunun müzakirəsinə həsr olunub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və təşkilatları və Gənc Alim və Mütəxəssislər Şurasından İşçi qrupunun üzvləri iştirak ediblər.

29 Noyabr 2024

AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Download Template Joomla 3.0 free theme.