Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova aprelin 17-də Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzinin (İSARC) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi 10-cu Beynəlxalq Dubay Elmi Tədqiqatlar və İnnovasiya Konfransında onlayn iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Lalə Əhmədova aprelin 10-da Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin nəzdində olan Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq Əlaqələr İnstitutunun təşkil etdiyi “Mətn və mətndənkənar reallıq: nəzəri və tətbiqi tədqiqat” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk dillərinin müqayisəli tədqiqi” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, ideya müəllifi və hazırlayanı Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlıdır.
"Azərbaycan Milli Elmlər Akademiyası – AMEA təkcə elmi müəssisə deyil, milli düşüncənin, strateji intellektin və dövlətin elm siyasətinin daşıyıcısıdır. Onun fəaliyyəti, bəzilərinin düşündüyü kimi, sovet dövrünün qalığı deyil, əksinə, əsası çox əvvəllərə dayanan və müasir dövrdə də elmin inkişafında mühüm rol oynayan bir mərkəzdir".
