Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilsin.
26 noyabr 2024-cü il tarixində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 yaşı tamam olur.
Akademik Gövhər Baxşəliyeva 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, 1984-cü ildə “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik mövzusu” mövzusunda namizədlik, 1996-cı ildə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2004-cü ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvüdür.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.
Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş rubrikada akademik Gövhər Baxşəliyevanın “Zaman anlamının fövqündə duran böyük alim” və özbəkistanlı professor Həmidulla Boltaboyevin “Mərkəzi Asiyanın mədəniyyət tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında” adlı məqalələri, eləcə də Şərqşünaslıq İnstitutunda yubileylə bağlı keçirilmiş konfrans barədə məlumat yer alır.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 21-24 noyabr 2024-cü il tarixində Türkiyənin Antalya şəhərində keçirilən Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş Türk Dünyasının V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.
Azərbaycanlı alim konqresdə “Türk Dünyası yeni geosiyasi konyunkturada” adlı məruzə ilə çıxış edib.
