Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Dekabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dekabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü seminarın anadan olmasının 230 illiyi qeyd edilən Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair Abbasqulu Ağa Bakıxanov yaradıcılığına həsr olunduğunu bildirib və məruzə üçün sözü institutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlıya verib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti nömrəsi işıq üzü görüb. Jurnalda filologiya, tarix, etnoqrafiya və siyasi elmlər sahələrinə aid elmi məqalələr dərc olunub.
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 2-3 dekabr 2024-cü il tarixlərində Böyük Britaniyanın Oksford Universitetində keçirilən Fənlərarası Tədqiqat və Təhsil üzrə 11-ci Beynəlxalq Tətbiqi Tədqiqatlar Konfrasında iştirak edib.
