Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

24 Aprel 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev aprelin 24-də Zaqatalada keçirilən “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfransda məruzə ilə çıxış edib. O, konfransın “Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” başlıqlı panelində dini radikalizmin siyasi-iqtisadi səbəblərindən, mövcud reallıqlar və təhdidlərdən söhbət açaraq qeyd edib ki, separatizim, islamafobiya, ksenofobiya və antisemitizim kimi hallara qarşı mubarizə aparmaq üçün ilk növbədə həmin anlayışların yaranma səbəblərini və mahiyyətini təhlil etmək lazımdır. “Dini radikalizm özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutan, başqalarına qarşı fiziki, mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorçu qrupların fəaliyyətlərinə şamil edilir” – deyə E.Mustafayev əlavə edib.

25 Aprel 2025

 

30 aprel 2025-ci il saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 – Dissertasiya şurasının bazasında yaradılmış BED 1.18 – Birdəfəlik dissertasiya şurasının iclasında – “Türk xalqları ədəbiyyatı” ixtisasında filologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

18 Aprel 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, aparıcı elmi işçisi f.ü.f.d.,dosent LaləBayramovayaYazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Aygün Əlizadə Ali Attestasiya Komissiyasi Rəyaset Heyətinin 14.03.2025-ci il tarixli qərarı ilə elmlər doktoru elmi dərəcəsi verilib. Elmlər doktoru diplomunun təqdimatı 15.04.2025-ci il tarixində, saat 11:00-da Komissiyanin inzibati binasinda həyata keçirilib.

18 Aprel 2025

Aprelin 18-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik" mövzusunda respublika konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2024-cü il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyərək müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandığını və qəbul olunduğunu vurğulayıb.

Download Template Joomla 3.0 free theme.