Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” adlı monoqrafiyası çapdan çıxıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Pərvinə Əfəndi Türkiyənin Kayseri şəhərində keçirilən ASES (Academy of Scientific and Educatjional Studies) Beynəlxalq Qadın Araşdırmaları Konfransında iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu işıq üzü görüb.
Görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin bədii yaradıcılığına həsr olunmuş məqalələr topluda 4 bölmədə təqdim edilib. Məqalə müəllifləri sırasına Azərbaycanla yanaşı Türkiyə və Özbəkistandan olan alimlər də yer alırlar.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” məqalələr toplusunun 12-ci buraxılışı işıq üzü görüb.
Topluya daxil edilən məqalələr Yaxın və Orta Şərq ədəbiyyatının aktual problemlərinə həsr olunub. Məqalələr böyük regionu, həmçinin orta əsrlərdən başlayaraq bu günə qədər davam edən geniş dövrü əhatə edir.
