Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Martın 5-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Ruhəngiz Cümşüdlü, AMEA Azad Həmkarlar İttifaqı sədrinin müavini Şəhla Əmirova, İnstitutun Həmkarlar təşkilatının sədri, t.ü.f.d., dosent Sübhan Talıblı, İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d., dosent Səməd Bayramzadə iştirak ediblər.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Azərbaycan Kurikulum təhsil modelində rabitəli nitqin inkişaf məsələləri” adlı elmi məqaləsi Türkiyənin “Akademik Tarih və Düşünce” jurnalında dərc edilib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan Yurd Bilgisi (1932, 1933, 1934-cü illər)” adlı kitab çap olunub. Kitaba 1932-ci ildən azərbaycanlı mühacirlərin İstanbulda nəşr etdirdikləri, eyni zamanda türkologiya sahəsində öz töhfəsini verən geniş həcmli bir jurnal olan “Azərbaycan Yurd Bilgisi”nin materialları tərcümə edilərək kitaba daxil edilib.
Fevralın 26-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Xocalı qətliamı - XX əsrdə xalqımıza qarşı bəşəri cinayət” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
