Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

28 Yanvar 2025

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov 24-26 yanvar tarixlərində Böyük Britaniyada keçirilən II Beynəlxalq Britaniya Konfransına onlayn şəkildə qatılaraq məruzə ilə çıxış edib.

22 Yanvar 2025

Yanvarın 22-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinin qarşısında onlayn şəkildə "Nəhdə, islam, dünyəvilik: XIX-XX əvvəlində Cənubi Qafqazda dini ənənələrin transformasiyası" seminar mövzusu ilə çıxış edib.

22 Yanvar 2025
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “ŞƏRQ ARAŞDIRMALARI” elmi-nəzəri jurnalı 2025-ci ilin ilk sayı üçün məqalə qəbulu elan edir. Məqalələr ədəbiyyat, fəlsəfə, tarix, etnoqrafiya və siyasi elmlər sahəsi üzrə təqdim edilə bilər. Məqalələrin nəşri həm kənar şəxslər, həm də institut əməkdaşları üçün ÖDƏNİŞSİZDİR.
Məqalənin həcmi Times New Roman 12 şriftlə ən azı 10-12 səhifə (təqribən 5000 söz və yuxarı) olmalıdır. 3 dildə xülasə (200-250 söz). İstinadlar APA dır. (Müəllif, 1997, s.176). Ən azı 5 açar söz.
Məqalələrinizi bu elektron ünvana göndərə bilərsiniz: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Əlaqə tel: 050 484 95 75 (Vatsap aktivdir)
21 Yanvar 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədovun 20 Yanvar faciəsi haqqında məqaləsi Türkiyədə politikaakademisi.org saytlnda ingilis dilində yayımlanıb.

“The January 20 Tragedy in Azerbaijan” (“Azərbaycanda 20 Yanvar faciəsi”) adlı məqalədə 20 Yanvarın Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış qanlı faciənin tarixi olduğu qeyd edilir və həmin gecə baş vermiş faciəvi hadisələr barədə məlumat verilir.

Download Template Joomla 3.0 free theme.