Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 Fevral 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Aygül Mirzəyeva, Ülviyyə Eminova və Faidə Omarova fevralın 11-də Moldovanın Komrat şəhərində keçirilən beynəlxalq konfransda onlayn iştirak ediblər. Şərqşünaslar Komrat Dövlət Universitetinin 34-cü ildönümünə həsr olunmuş “Elm. Təhsil. Mədəniyyət” adlı beynəlxalq elmi konfransda məruzə ediblər.

06 Fevral 2025

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib.

Tədbir çərçivəsində “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitabının təqdimatı da olub.

04 Fevral 2025

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov 1-3 fevral tarixlərində Amerika Birləşmiş Ştatlarında keçirilən XI Beynəlxalq Nyu-York Konfransında  məruzə ilə çıxış edib. Dilçi alimin “Ərəb və ibri dillərində bitişən əvəzliklərin müvafiq qaydalara uyğun olaraq isim və ön qoşmalarla işlənməsi” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

03 Fevral 2025

Fevralın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Müasir Azərbaycan gəncləri: reallıqlar, perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan  AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu tarixin, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Download Template Joomla 3.0 free theme.