Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Beynəlxalq Avrasiya Təhsil İttifaqları Birliyi tərəfindən elmi fəaliyyəti ilə “Türk elm dünyasına” verdiyi töhfələrə görə “Ziya Göyalp” mükafatı ilə təltif olunub.
2024-cü ildə Ziya Göyalpın vəfatının 100 illiyinə həsr edilmiş “Ziya Göyalp” mükafatı təhsil və sosial elmlər sahəsində fəaliyyət göstərən, yaradan və elmə töhfə verən alimlərin fəaliyyətlərini qiymətləndirmək məqsədi ilə verilir.
Azərbayanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında İstanbulda yayımlanan “Mədəni Azərbaycan” (“Kültürel Azerbaycan”) jurnalının növbəti buraxılışı işıq üzü görüb.
Jurnalın yeni sayı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Din Xadimlərinin Forumunun “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” başlıqlı panelində məruzə ilə çıxış edib.
Böyük güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüş ermənilər Azərbaycan xalqına qarşı dəfələrlə deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə Azərbaycan xalqına qarşı törədilmiş deportasiya, kütləvi qırğın, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və soyqırımı çox dəhşətli olub. Sovet dövründə azərbaycanlıların Ermənistandan köçürülməsi planlı və düşünülmüş şəkildə davam etdirilib. Bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənib və SSRİ-nin süqutuna qədər daimi tendensiya olaraq həyata keçirilib.
