Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

26 Oktyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva 23-24 oktyabr 2024-cü il tarixində Türkiyənin İzmir şəhərində keçirilən “Yeni media və kommunikasiyalar” Beynəlxalq Ege Konqresində iştirak edib.

Azərbaycanlı alim konqresdə “Media məkanı: siyasi diskurs” adlı məruzə ilə çıxış edib.

24 Oktyabr 2024

Oktyabrın 23-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutununda "İraq-türkman ədəbiyyatı və mətbuatının inkişafı" mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan-türkman elmi və ədəbi əlaqələrindən danışaraq, bu əlaqələrin qurulmasında görkəmli kərkük ədəbiyyatşünası Əta Tərzibaşının və azərbaycanlı professor Qəzənfər Paşayevin mühüm rolundan danışıb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda bu sahədə aparılan tədqiqatlardan bəhs edib, türkman alim və ədiblərlə keçirilən görüşləri xatırladıb.

20 Oktyabr 2024

24 oktyabr 2024-cü il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

19 Oktyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, BDU-nun Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiriprofessor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Download Template Joomla 3.0 free theme.