Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

19 Dekabr 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov açıb. O, sözügedən kitabın nəşr olunmasının 30 illik işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandallıq aktlarının, o cümlədən dağıdılmış, təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Prorektor Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin yeni baxış bucağı və reallıqlar əsasında tədqiq edilməsinin tariximizin öyrənilməsi baxımından önəmliyni diqqətə çatdırıb.

18 Dekabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə həmin ölkənin Elmlər Akademiyası, Jusup Balasaqın adına Qırğızıstan  Milli Universiteti və MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkil etdiyi “MDB-də rərəmsal transformasiya dövründə rus dili” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

11 Dekabr 2024

2024-cü il Azərbaycanın görkəmli dövlət xadimi, mütəfəkkiri və şairi Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə təsadüf edir. Bu ildə o görkəmli şəxsiyyətin həyatı və siyasi fəaliyyətini işıqlandırmaq, habelə yaradıcılığı və mirasını qoruyub saxlamaq istiqamətində bir sıra elmi tədbirlər keçirilib və bəzi əsərlər ərsəyə gətirilib. Bu sırada AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovun Şah İsmayılın həyat fəaliyyətindən bəhs edən “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb.

10 Dekabr 2024

Dekabrın 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva institutun 2024-cü ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Download Template Joomla 3.0 free theme.