Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın elmi redaktorluğu və tərtibatında “AMEA – 80. Azərbaycan alimlərinin məqalələri – identiklik və qlobal etika problemləri 4.0 Sənaye İnqilabı kontekstində” (“Articles of Azerbaijan Scientists. Identity and Global Ethical Problems in the Context of the 4.0 Industrial Revolution. ANAS – 80”) məqalələr toplusu kitabı “Lambert Akademik” nəşriyyatında çap olunub.
İsa HӘBİBBӘYLİ,
AMEA-nın prezidenti, akademik
Azәrbaycanda şәrqşünaslıq elminin bir sıra görkәmli nümayәndәlәri olmuşdur ki, әrәbşünas, iranşünas vә türkoloq kimi onların adları dünya şәrqşünaslığında yaxşı tanınır. Yeni tarixi mәrhәlәdә şәrqşünaslıq elmini ölkәmizdә AMEA-nın hәqiqi üzvü Gövhәr Baxşәliyeva layiqincә tәmsil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilsin.
26 noyabr 2024-cü il tarixində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Gövhər Baxşəli qızı Baxşəliyevanın 70 yaşı tamam olur.
Akademik Gövhər Baxşəliyeva 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, 1984-cü ildə “Müasir Suriya ədəbiyyatında vətənpərvərlik mövzusu” mövzusunda namizədlik, 1996-cı ildə “Əbül-l-Fərəc əl-İsfəhaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2004-cü ildə professor elmi adını almış, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. Beynəlxalq Elmlər Akademiyasının (Avstriya, İnsbruk) həqiqi üzvüdür.