Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir.
Sərgidə Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi stenddə Şərqşünaslıq İnstitutunun son illərdə dərc edilmiş 40-a yaxın kitab, məqalə toplusu və jurnalı nümayiş olunur.
Oktyabrın 5-də Regional İnkişaf İctimai Birliyi və Neftçala Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Neftçala şəhərində AZLİNG 2024 – “Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova oktyabrın 4-6-da Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti tərəfindən təşkil olunmuş III Beynəlxalq Türkiyə və Dünya Qadın Araşdırmaları Konfransında “Adını tarixə yazdırmış qadınlar” adlı məruzə ilə iştirak edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Historical and cultural heritage of Azerbaijan destroyed as a result of Armenian aggression” (Erməni təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi və mədəni irsi) adlı məqaləsi Türkiyədə nəşr olunan “Vakanüvis - Uluslararası Tarih Araştırmaları Dergisi”ndə ingilis dilində çap olunub.
