Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
30 sentyabrda Təhsil İnstitutu tərəfindən S.C Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında “Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşları, gimnaziyanın müəllim və şagird kollektivi iştirak ediblər.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Arzu Qasımovanın məqaləsi Qazaxıstanda nəşr olunan beynəlxalq “Endless Light in Science” jurnalında dərc olunub.
“Dünyada və Türkiyədə siğorta tarixinin inkişafı” adlı məqalədə sığorta haqqında məlumat verilir, sığorta sisteminin məqsədlərindən, yaranmasından, müasir dünyada və Türkiyədə hazırkı vəziyyətindən bəhs edilir. Müasir Sığorta Qərb dünyasında son formasını alsa da, bu təcrübənin köklərinin 1200-cü illərə gedib çıxlığı, ən məşhur sığortanın ilk nümunələrinin isə dəniz yolu ilə daşınan yüklərə dəyən zərərdən yarandığı vurğulanır. Qeyd edilir ki, İnkişaf etmiş Qərb ölkələrində sığorta fenomeni yaxşı qurulub və iqtisadiyyatın əhəmiyyətli bir hissəsinə çevrilmiş olsa da, Türkiyə inkişaf etməkdə olan bir ölkədir. İnkişaf etməkdə olan ölkələrdə sığorta sektoru nisbətən zəif inkişaf edib və müxtəlif mədəni, sosial və siyasi fərqlərə malikdir.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə sentyabrın 29-da Türkiyənin İstanbul şəhərində keçirilən Türk dünyasının böyük düşüncə adamı İsmayil Qaspıralının vəfatının 110-cu ildönümünə həsr olunmuş “Unityin language, work, opinion” (“Dildə, işdə, fikirdə birlik”) adlı beynəlxalq elmi konfransda iştirak edib.
İsveçin paytaxtı Stokholmda nəşr edilən “Tribun” jurnalının 13-cü sayında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının məqalələri çap edilib.
Jurnalda İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadənin “Cənubi Azərbaycan milli-demokratik hərəkatında Ənuşirvan İbrahimi siması” adlı məqaləsi nəşr edilib. Məqalədə Ənuşirvan İbrahiminin həyatı və siyasi fəaliyyətindən, 1978-1979-cu illər İran inqilabından sonra Təbrizə dönərək Azərbaycan Demokrat Firqəsinin yerli özəklərini təşkil etməklə yenidən fəaliyyətini bərpa etməsindən, 4 ilə yaxın bir müddət ərzində Güney Azərbaycanda Milli Hökumətin təşkili və qurulması uğrunda irtica qüvvələrinə qaşı apardığı mübarizəsindən, bu mübarizənin acı sonuclarından, Ə.İbrahiminin və 3000 nəfərə yaxın firqə üzvünün həbsindən və yeni qurulmuş İslam rejimi tərəfindən qətlə yetirilmələrindən ətraflı bəhs edilir.
