Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
24 oktyabr 2024-cü il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
Sentyabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad edilib.
Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin elmi istiqamətlərinin təqdimatı keçirilib.
Tədbirin təşkilatçıları AMEA-nın Şərqşünaslıq İnstitutu, Bakıdakı Rus Evi və Belqorod Dövlət Milli Tədqiqatlar Universitetidir.
Günlər, həftələr, aylar bir-birini əvəz edir, yaşadığımız XXI əsrin artıq üçüncü onilliyidir. Belə bir vaxtda keçmişə dönür, ötüb keçənləri bir daha göz önünə gətirərək qazanc və itkilərimizi yenidən nəzərdən keçiririk.
Azərbaycan şərqşünaslıq elmi. XX əsr bu elmin ölkəmizdə sistemli şəkildə təşəkkül tapması, sürətli inkişafı və çiçəklənməsi əsridir. Məhz bu dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri inkişaf etmiş, qüdrətli elmi potensial yaranmış, milli şərqşünas kadrlar yetişmişdir.
