Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Fevralın 23-də AMEA-nın akademik Z.M.Büynadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Tədbirin əvvəlində Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fevralın 22-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” mövzusunda elmi sessiya keçirilib.
Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva görkəmli alim akademik Həmid Araslının XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri olduğunu deyərək, doğma ədəbiyyatın öyrənilməmiş problemlərini, onun orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözünü dediyini, özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallar, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoyduğunu qeyd edib.