Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında Sürəyya Əlizadənin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçiblər. İnstitutun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Verdiyevanın rəhbərliyi altında keçən təcrübə müddətində Şərqşünaslıq İnstitutunun əməkdaşları tələbələrə müxtəlif mövzularda mühazirələr oxuyublar.
AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
İnstitutun Təhsil şöbəsinin təşkilatçılığı ilə iyunun 5-də baş tutan növbəti mühazirəni Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə “Azərbaycan dilinim inkişafında Heydər Əliyevin əvəzolunmaz xidmətləri" mövzusunda təqdim edib.
İyunun 5-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının iclası keçirilib. İclasda İnstitut əməkdaşlarının monoqrafiya və kitablarının çapa təqdim olunmaq üçün müzakirəsi aparılıb və digər məsələlərə baxılıb.
İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva gündəlikdə olan məsələlər barədə məlumat verib. Daha sonra gündəlik məsələlər sırasında çapa təqdim edilən monoqrafiya və kitabların müzakirəsinə başlanılıb. Təqdim edilən əsərlər elmi əhəmiyyəti və dəyəri ilə seçilən, şərqşünaslıq elmimizə böyük töhfə olacaq kitablardır.
