Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elnur Mustafayev Zaqatalada regional konfransda məruzə edib

24 Aprel 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev aprelin 24-də Zaqatalada keçirilən “Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda regional konfransda məruzə ilə çıxış edib. O, konfransın “Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” başlıqlı panelində dini radikalizmin siyasi-iqtisadi səbəblərindən, mövcud reallıqlar və təhdidlərdən söhbət açaraq qeyd edib ki, separatizim, islamafobiya, ksenofobiya və antisemitizim kimi hallara qarşı mubarizə aparmaq üçün ilk növbədə həmin anlayışların yaranma səbəblərini və mahiyyətini təhlil etmək lazımdır. “Dini radikalizm özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutan, başqalarına qarşı fiziki, mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorçu qrupların fəaliyyətlərinə şamil edilir” – deyə E.Mustafayev əlavə edib.

Download Template Joomla 3.0 free theme.