Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimlər Türkiyədə keçirilən beynəlxalq konfransda məruzə ediblər

16 May 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova və həmin şöbənin kiçik elmi işçisi Arzu Qasımova mayın 15-də Türkiyənin Muş şəhərində keçirilən 5-ci Beynəlxalq Türkoloji Araşdırmalar Konfransında onlayn iştirak ediblər.

 

Yaxşıxanım Nəsirova konfransda «Bakı şəhəri Osmanlı sənədlərində (XIX əsrin sonu — XX əsrin əvvəlləri») adlı məruzə edib. Məruzədə qeyd olunur ki, Osmanlı arxivlərində qorunan və tarixçilərin, filoloqların, coğrafiyaşünasların və başqalarının daim müraciət etdiyi bu sənədlər tədqiqat zamanı müxtəlif məsələlərə daha fərqli və tənqidi yanaşmaq üçün çox önəmlidir. Bu cəhətdən məruzədə XIX əsrin sonu — XX əsrin əvəllərində Bakıda baş verən ictimai-siyasi hadisələr arxiv sənədlərinin məlumatları əsasında təhlil edilib və müvafiq nəticələr əldə edilib.  

Arzu Qasımova konfransda “Osmanlı dönəmində sığorta" mövzusunda çıxış edib. Məruzədə Osmanlı dövründə sığorta sisteminin yaranması, hüquqi tənzimlənməsi, iqtisadi və sosial təsirləri geniş şəkildə təhlil olunub. Bildirilib ki, Osmanlı iqtisadiyyatının əsas sütunları ticarət, kənd təsərrüfatı və dənizçilik olub. İmperiyanın yerləşdiyi coğrafi mövqe onu Şərqlə Qərb arasında ticarət körpüsünə çevirmişdi. Bununla belə, iqtisadi fəaliyyətlər daim risk altında idi — yanğınlar, quldurluq, dəniz qəzaları və təbii fəlakətlər bu risklər arasında idi. Məruzıçi qeyd edib ki, Osmanlıdan öncə yaranmış digər türk dövlətlərində sığortayabənzər qurumların olmasına dair fikirlər vardır. Anadolu Səlcuqlu dövlətinin talan olunan karvanlarının itkisi dövlət xəzinəsi və müharibədən əldə olunmuş qənimətlər hesabına ödənilmışdir. Bu da o dönəmdə dövlət sığortasının olmasına bir işarədir.

Download Template Joomla 3.0 free theme.