Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 85-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edərək A.İmanquliyevanın şərqşünaslıq elminə böyük töhfələr verdiyini, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru kimi bu sahənin inkişafında böyük xidmətləri olduğunu deyib.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünslıq İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Bayramova və filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova oktyabrın 9-da Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın 85 illik yubileyi münasibətilə keçirilmiş tədbirdə iştirak ediblər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətovun məqaləsi Web of Science bazasına daxil olan Malayziyanın “Jebat” Tarix, Siyasət və Strateji Araşdırmalar jurnalında dərc olunub.
“Urmiya gölü hövzəsindəki ekoloji böhranın Yaxın Şərqə təsirinin analizi” adlı məqalədə dünyada mövcud su ehtiyatlarının və göllərin hər birinin təsərrüfat üçün yararlı olmasa da, onların qorunub saxlanmasının ekoloji fəlakətlərin qarşısının alınmasında olduqca həlledici rol oynadığını yazan müəllif, təəssüflə qeyd edir ki, bir çox ölkələrdə su mənbələri ciddi şəkildə qorunub saxlanılmır və süni amillər nəticəsində quruma təhlükəsi ilə üzləşir. Belə göllərdən biri də İranda Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən Urmiya gölüdür.
Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisində "Füzuli" təqdimat zonasında Azərbaycan Milli Elmlər Akademiyasının “AMEA-nın Məhəmməd Füzuli nəşrləri” adlı təqdimatı baş tutub. Təqdimat mərasimində AMEA-nın institut və təşkilatlarından nümayəndələr, elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
