Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrə növbəti dəfə baxış keçirilib. AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə Müsabiqə Komissiyasının üzvləri və layihələrin müəllifləri olan akademiya əməkdaşları iştirak ediblər.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Mayın 6-da bu mövzuda AMEA Lənkəran Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilib.
Əvvəl tədbirin qonaqları Mərkəzin foyesində yeni istifadəyə verilmiş, AMEA-nın ilk şəhidi, Lənkəran REM-nin əməkdaşı Mahsun Bağırzadənin xatirə lövhəsinin önünə təzə-tər qərənfillər düzüblər.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı məqaləsi Türkiyədə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan "Akademik Tarih ve Düşünce" dərgisinin 2024-cü il, XI cild, II sayında ingilis dilində dərc olunub.
Mayın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti” mövzusunda elmi sessiya keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.