Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, 8 Noyabr tariximizə qızıl hərflərlə yazılan bir gündür. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyulan gündür. Akademik G.Baxşəliyeva qeyd edib ki, beş il öncə - 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimiz Ermənistan silahlı qüvvələrini darmadağın edərək nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdi. Bu şanlı Zəfər yolunun sonunda düşmən diz çökdürüldü, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, şəhidlərimizin qisasını aldı. Azərbaycan öz qüdrətini, öz haqqı olanı almağı bacardığını dünyaya göstərdi.
İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü elmi sessiyada “Zəfər bayramı-milli birlik və qürür günü” mövzusunda məruzə edib. 8 Noyabrın doğma Şuşamızın şücaətli Azərbaycan oğulları tərəfindən işğaldan azad olunduğu gün olduğunu deyən R.Cümşüdlü bu günün Azərbaycan xalqı tərəfindən 44 günlük Vətən müharibəsinin şanlı Zəfər günü kimi qeyd olunduğunu və bu il Azərbaycan xalqının bu Zəfərin 5 illiyini bütün dünya qarşısında qürür və fəxarətlə təntənəli şəkildə bayram edəcəyini qeyd edib. Məruzəçi Zəfər gününə gedən yolun zəmininin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hakimiyyətə yenidən qayıtdığı ilk illərdə Azərbaycan xalqını azərbaycançılıq ideyası ətrafında birləşdirən Ulu Öndərin Azərbaycan xalqında öz torpaqlarını işğaldan azad etmək əzminə rəvac verdiyini söyləyib. Bildirib ki, Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və rəşadətli ordumuz 30 il erməni işğalı altında olan əzəli torpaqlarımızı azad edib və şanlı Qələbə qazanıb.
İnstitutun ümumi işlər üzrə direktor müavini Pərviz Ağayev elmi sessiyada “Azərbaycanın tarix səhifələrinə qızıl hərflərlə yazılmış Zəfər günü” mövzusunda məruzə edib. Vətən müharibəsinin iştirakçısı olmuş Pərviz Ağayev 44 günlük müharibədə keçdiyi döyüş yolundan danışıb. O bu Zəfərin Ali Baş Komandan, xalq və ordunun birliyi sayəsində əldə olunduğunu bildirib, Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi rəşadəti qeyd edib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər günü” mövzusunda elmi sessiya keçirilib
Noyabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər günü” mövzusunda elmi sessiya keçirilib.
