Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Oktyabr 2024

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransında "Azərbaycanda dini təhsilin formalaşması: reallıqlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib.

14 Oktyabr 2024

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Arzu Qasımova ABŞ-ın Nyu York şəhərində təşkil olunan "11 İnternational New York Academic Research Congress On Social" adlı beynəlxalq konfransda onlayn şəkildə iştirak edib.

14 Oktyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev oktyabrın 10-11-də Türkiyənin Qarş şəhərində Qafqaz Universitetinin təşkilatçılığı ilə keçirilən "Qafqazda İslam və mədəniyyət" adlı beynəlxalq simpoziumda iştirak edib. Simpoziumda panel moderatoru olan şərqşünas alim “Azərbaycan epiqrafikasında müqəddəs yazılar” mövzusunda məruzə ilə çıxış edib.

10 Oktyabr 2024

Oktyabrın 10-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA-nın Əsas binasının Akt zalında keçirilən konfransı giriş sözü ilə AMEA-nın akademik-katibi akademik Arif Həşimov açıb. Azərbaycan şərqşünaslıq elminin inkişafında professor Aida İmanquliyevanın böyük rolu olduğunu qeyd edən akademik A.Həşimov alimin şərqşünaslıq elmində ərəbşünas-ədəbiyyatşünaslar məktəbinin əsasını qoyduğunu vurğulayaraq, ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsində elmə  böyük töhfələr verdiyini bildirib. Professor Aida İmanquliyevanın yubileyinə həsr olunmuş konfransı yüksək dəyərləndirən akademik Arif Həşimov konfransın işinə uğurlar arzulayıb.

Download Template Joomla 3.0 free theme.