Duken Məsimxanuli Qazaxıstan Şərqşünaslıq İnstitutunun tarixi və fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək, AMEA-nın Şərqşünaslıq İnstitutu ilə elmi əlaqələrin genişləndirilməsinin hər iki tərəfə böyük fayda verəcəyinə əminliyini bildirib.
AMEA Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri, fəaliyyəti, nəşrləri barədə danışan akademik Gövhər Baxşəliyeva institutda Qazaxıstanla da bağlı tədqiqatların aparıldığını, dissertasiyaların yazıldığını vurğulayıb.
Görüşdə birgə tədqiqatların aparılması, mütəxəssis və kitab mübadiləsi, birgə konfransların keçirilməsi, kitabların tərcüməsi, məqalələrin dərci ilə bağlı söhbət aparılıb.
Professor Duken Məsimxanuli və akademik Gövhər Baxşəliyeva qarşı tərəfə rəhbərlik etdikləri institutların kitablarını hədiyyə ediblər.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Azərbaycan və Qazaxıstanın Şərqşünaslıq institutları elmi əlaqələri genişləndirirlər
Oktyabrın 6-da Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri dikotru, professor Duken Məsimxanulinin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Görüşdə Qazaxıstan Şərqşünaslıq İnstitutunun əməkdaşları - fəlsəfə doktorları Bolat Smaqulov və Saqiniş Amirbekova da iştirak edirdilər.