Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Oktyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda elmi sessiya keçirilib.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva hər bir azərbaycanlının qəlbində yeri olan, 28 il işğalda qalandan sonra 2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən azad olunan Şuşa şəhərinin bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyəti olduğunu deyib.
Şərqşünaslıq İnstitutun əməkdaşları – şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent: Sübhan TalıblıSoyqırımı Memorial Kompleksi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Ulu Öndər Heydər Əliyevin mədəni irsimizin qorunmasında rolu” mövzusunda respublika elmi-praktik konfransında məruzə etmişlər.
Oktyabrın 19-20-də Polşanın Varşava şəhərində Varşava Universitetinin, həmin Universitetin Şərqşünaslıq fakültəsi, Türk araşdırmaları və Daxili Asiya xalqları şöbəsi və Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin, Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının Polşadakı səfirliklərinin təşkilatçılığı ilə “Polşa və Türk dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun üç əməkdaşı - İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, həmin şöbənin aparıcı elmi işçisi, dosent Əfşan Şəfiyeva və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov iştirak ediblər. Konfransda Solmaz Rüstəmova-Tohidi “Türk dövlətləri təşkilatının tarixi kökləri: Türk birliyi ideyasının Rəsulzadə konsepsiyası”, Əfşan Şəfiyeva “Azərbaycan Milli Hökumətinin mədəniyyət sahəsində fəaliyyəti”, Namiq Məmmədov “Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti illərində (2002-2015)” mövzusunda məruzələrlə çıxış ediblər.
Oktyabrın 20-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
