Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

21 Oktyabr 2023

İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, İraq – Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraqda nəşr olunan “Sadaka” qəzetinin baş redaktoru doktor Mutaz Muhi Əbdülhəmid oktyabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

İraqlı qonaq ilk olaraq AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraq Respublikasının Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsi qeyd edilib və bu sahədə atılacaq növbəti addımlarla bağlı söhbət aparılıb.

19 Oktyabr 2023

Neftçala rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib və “Müstəqilliyin Bərpası Günü”  geniş formada qeyd olunub.

Dəyirmi masada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı,RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

18 Oktyabr 2023

23 oktyabr 2023-cü il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

18 Oktyabr 2023

CBC  (rus dilində) və  Mir (rus dilində) telekanallarının Çinin “Kəmər-Yol” təşəbbüsünün 10 illiyinə həsr olunmuşproqramlarında canlı yayında Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi və Konfutsi institutunun direktoru Rafiq Abbasov mövzu ilə bağlı müsahibələr verib.

 

Download Template Joomla 3.0 free theme.