Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Türkan Mehdiyevanın “Görkəmli Suriya yazıçısı Ğadət əs-Səmman yaradıcılığının Azərbaycan ədəbiyyatı kontekstində təhlili” adlı məqaləsi Ukraynada “Scientific notes of V.I.Vernadsky Taurida National University” jurnalının filologiya və jurnalistika seriyasında ingilis dilində dərc olunub.
2023-cü il oktyabrin 29-da bəşər tarixində çox əlamətdar hadisə - Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu, bütün türk xalqları tarixində, eləcə də bütöv müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş yaratmış böyük hadisədir. Belə ki, məhz bu gün Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin yarandığını elan etdi. Bu, türk milləti və Türkiyə Cümhuriyyəti uğrunda ölüm-dirim savaşı aparan mücahidlərin böyük zəfəri, Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlərin üzərində inamlı qələbə idi.
AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də ölkə başçısının 28 sentyabr 2023-cü il tarixli Sərəncamına əsasən hazırlanmış “Akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub.
Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında akademik Ziya Bünyadovun tarixi xidmətləri olduğunu deyən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sözügedən Sərəncamın dövlət başçısının Akademiyaya diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib.
Oktyabrın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Rühəngiz Cümşüdlü bu il Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini və bununla əlaqədar Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Həmin tədbirlər barədə məlumat verən R.Cümşüdlü onların sırasında hazırda keçirilən “Osmanlıdan – Cümhuriyyətə: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə” mövzusunda elmi seminarın da xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
