Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

21 Dekabr 2023

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür.

AZƏRTAC AMEA akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın görkəmli alimə həsr etdiyi “Zaman anlamının fövqündə duran böyük alim” sərlövhəli məqaləsini təqdim edir.

21 Dekabr 2023

Dekabrın 20-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziya Bünyadovun məzarını ziyarət ediblər.

18 Dekabr 2023

Dekabrın 20-21-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın açılışı dekabrın 20-21-də AMEA-nın əsas binasında (H.Cavid prospekti, 117) Dairəvi akt zalında baş tutacaq. Bölmə iclasları dekabrın 20-si və 21-i Şərqşünaslıq İnstitutunda keçiriləcək.

Qeyd edək ki konfransa 218 iştirakçı, o cümlədən, Rusiya, İraq, Misir, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusdan 26 alim qatılacaq.

18 Dekabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “8 Noyabr Zəfər Günü: Azərbaycan ordusunun və xalqının şanlı qələbəsi” adlı məqaləsi İraqda nəşr edilən "Sadaka" (Dostluq) qəzetinin  10-cu sayında işıq üzü görüb.

Məqalədə qeyd olunur ki, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Zəfər Günü hər il noyabrın 8-i təntənəli şəkildə qeyd edilir.

Download Template Joomla 3.0 free theme.