Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Yanvar 2024

 

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova, Şərq-Qərb şöbəsinin böyük elmi işçiləri filologiya üzrə fəlsəfə doktoru Ülkər Səmədova və  fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Ağayev Mərakeşdə “American University of Libya” və “Atlas İnternational Researches Journal”ın təşkilatçılığı ilə keçirilən Beynəlxalq Elmi Tədqiqatlar və Disiplinlərarası Araşıdırmalar Konfransında onlayn iştirak ediblər.

21 Yanvar 2024

Yanvarın 19-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Yanvar 2024

Azərbaycan həqiqətlərini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqalələri bir sıra Şərq ölkələrində yayımlanıb.

Şərqşünas alimin “20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyət və azadlıq tarixində rolu” adlı məqaləsi İraqda yayımlanan “Türkmən eli: ədəbiyyat və incəsənət” jurnalının 190 və 191 saylarında ərəb dilində yayımlanıb.

19 Yanvar 2024

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Yanvarın 17-də baş tutan növbəti mühazirə "Dissertasiya işinin tərtibatı" mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirə üçün sözü Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqova verib.  

Download Template Joomla 3.0 free theme.